Flag




Caribou in Covid: Contests are running online as usual. Check out the FAQ for further questions.

Tarix

English | Français | فارسی | 中文 | Українська| Azerbaijani | ខ្មែរ | Tiếng Việt | Bahasa Melayu

Arximed of Syracuse

Archimedes

Arximed yunan riyaziyyatçısı, fizik, mühəndis, ixtiraçı və astronomu 287-ci ildə Siciliyanın Sirakuza şəhərində anadan olmuşdur. Onun həyatı haqqında çox az məlumat olsa da, Arximed ümumilikdə ən böyük antik dövrün riyaziyyatçısı və bütün zamanların ən böyüklərindən biri hesab olunur. Onun icad etdiyi nasos çaydan su qaldırmaq üçün və parabolik "yanan güzgü" isə günəş şüalarını taxta gəmilərə hücum etməyə yönəltmək üçün istifadə olunurdu.

Ola bilsin ki, onun haqqında ən məşhur rəvayətlərdən biri də onun "arximed qanunu"-nun kəşfidir. Arximed qanunu — Üzmə qabiliyyətli cisimləri suda saxlamaq və ya mayeyə enməsini yavaşlatmaq üçün mayenin (su kimi) yuxarıya doğru hərəkət etdiyi qüvvədir. Tarix bildirir ki, Arximed bu kəşfini edib çimərkən həyəcanlandı və "Evrika!" deyə deyə qışqırıb çılpaq halda küçəyə qaçıb.

Arximed, həm də ali riyaziyyatın İsaak Nyuton və Qotfrid Leybniz tərəfindən yaradılmasından təxminən 2000 il əvvəl, öz ideaları ilə inkişafına yol açdığı deyilir; O, həmçinin pi (π)-nin diqqətəlayiq və dəqiq hesablanması ilə tanınır.

Arximed “Qum hesablayıcısı” əsərində kainatın tuta biləcəyi qum dənələrinin sayını hesablamaq kimi qeyri-mümkün bir nəzəriyyə ortaya qoydu. Qum dənələri çox kiçik və ya çox olsa belə onları saymağın mümkün olduğunu iddia etdi. Qum dənələri problemini həll etmək üçün Arximed yunan dilində saysız-hesabsız və ya "hesabsız" (Yunan say sistemində 10.000 ilə də işarələnir) ətrafında əsaslanan bir sistem icad etdi. O, saysız-hesabsız gücün (10 000 x 10 000 = 100 milyon) gücündən istifadə edərək say sistemini təyin etdi və nəhayət, kainatdakı qum dənələrinin sayını 8 x 1063 dənə kimi hesabladı. Arximed eramızdan əvvəl 212-ci ildə Sirakuzada öldü.

Mənbələr:

Musser, Qari. Burqer, Uilyam. Peterson, Bleyk. İbtidai sinif müəllimləri üçün riyaziyyat. Müasir yanaşma, 6-cı nəşr.; Wiley.

Burton, D.M. Riyaziyyatın tarixi. Giriş, 5-ci nəşr.; McGraw-Hill: New York, 2003.

http://www.ancientgreece.com/s/People/Archimedes/

http://en.wikipedia.org/wiki/Archimedes

Brahmagupta

Brahmagupta

Brahmagupta, 7-ci əsrin ən böyük Hindistan riyaziyyatçılarından və astronomlarından biri idi. Hindistanın şimal-qərbindəki Rajasthan əyalətində anadan oub. Onun nəzərdən keçirdiyi mövzulardan biri də bugün Pell tənlikləri  kimi adlandırılan x ^ 2 - 92y ^ 2 = 1 tənliklərin tam həllinin tapılmasıdır və özünün dediyinə görə “bir il ərzində [bu məsələni həll edən şəxs əsl riyaziyyatçıdır]”.

Brahmagupta bir ədədin kubunu və kub kökünün necə tapılacağını izah etdi və ilk n natural ədədin kvadratlarının cəmi və ilk n natural ədədin kublarının cəmi üçün düsturlar tapdı. Bununla birlikdə, onun ən böyük töhvəsi sıfır (o zamana nisbətən yeni) rəqəminin istifadəsi haqqında  idi. Ədədlərlə sıfırın toplanması, çıxarılması və vurulması üçün qaydalar hazırladı. “Brahmasphutasiddhanta” adlanan məqaləsində sıfırın bir yer tutucu rəqəm və ya kəmiyyət çatışmazlığını təmsil edən bir simvol olmadığını, onun bir rəqəm kimi qəbul edilməli oldunu qeyd edib. Həmin məqalə bu sahədə bilinən ən keçmiş məqalədir.

Sources:

https://www.storyofmathematics.com/indian_brahmagupta.html

Chen Jingrun

Chen Jingrun

Chen Jingrun (22 May 1933 - 19 Mart 1996) ədədlər nəzəriyyəsinə əhəmiyyətli töhfələr verən bir Çin riyaziyyatçısı idi. Əkiz sadə ədədlər fərziyyəsi, Waring problemi, Goldbach fərziyyəsi və Legendre fərziyyəsi üzərində çalışması analitik ədədlər nəzəriyyəsində irəliləməyə səbəb oldu. 1966-cı ildə yazdığı bir sənəddə, indi Chen teoremi adlandırılan teoremi isbat etdi: bütün kifayət qədər böyük cüt ədədlər sadə və yarım sadə (iki sadə ədədin hasili) cəmi kimi yazıla bilər - məsələn, 100 = 23 + 7 · 11.

Sources:

https://en.wikipedia.org/wiki/Chen_Jingrun

Sir Issac Newton

Newton

Sir Isaac Newton 4 yanvar 1643-cü ildə Woolsthorpe Lincolnshire-də anadan olmuş İngilis fizik və riyaziyyatçısı idi. O, bütün dövrlərin ən nüfuzlu alimlərindən biri və elmi inqilabın əsas fiquru kimi qəbul edilmişdir. Nyuton hərəkət və cazibə qanunlarını tərtib etdi, ilk praktik əks etdirən teleskop qurdu, soyutmanın empirik qanunu hazırladı və işığın sürətini öyrəndi. O, həmçinin optikaya töhfələr verdi və sonsuz hesablama ixtirasını Gottfried Leibniz ilə paylaşdı.

Nyutonun ən məşhur hekayəsi, cazibə qanunu işlədiyi zaman baş verib. Gənc İsaak Nyuton bir gün bir alma ağacının altında oturarkən qəflətən başına düşən bir alma onun ağırlıq qüvvəsi ilə maraqlanmasını və düşünməsinə səbəb oldu. Hadisə Newton'u ağacı bir başındakı yara bir də əlamətdar bir fikir ilə tərk etdi: cazibə qüvvəsi, ağaclardan alma çəkən qüvvə, ay qədər yüksək bir yerə çatsa nə olar? Buradan, Yerin cazibə qüvvəsinin ayı orbitdə saxlamağından və Günəşin cazibə qüvvəsinin planetlərin orbitdə saxlanmasından məsul olduğu anlayışına qısa bir təkan oldu.

1687-ci ildə Newton "Philosophiæ Naturalis Principa Mathematica" adlı kitabını nəşr etdirdi və "Təbii fəlsəfənin riyazi prinsipləri" klassik mexanikanın əksəriyyətinin əsasını qoydu və burada ümumdünya cazibə qanununu ictimaiyyətə açıqladı. Nyuton 20 mart 1727-ci ildə vəfat etdi.

Sources:

Burton, D.M. The History of Mathematics: An Introduction, 5th ed.; McGraw-Hill: New York, 2003.

http://www.newton.ac.uk/newtlife.html

http://www.bbc.co.uk/history/historic_figures/newton_isaac.shtml

http://www.dctech.com/eureka/short-stories/newton.php

http://en.wikipedia.org/wiki/Isaac_Newton